Xəbərlər
ETİHİ Qax Rayon Komitəsi tərəfindən pedaqoji şura iclasında iştirak edilib, ittifaq üzvü təltif edilib.

ETİHİ Qax Rayon Komitəsinin nümayəndələri Qax rayon Şota Rustaveli adına Əlibəyli kənd tam orta ümumtəhsil məktəbində keçirilən pedaqoji şura iclasında iştirak ediblər.
İclasda 2025–2026-cı tədris ilinin yekunları, qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi və əmək hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.
ETİHİ Qax Rayon Komitəsinin nümayəndələri çıxış edərək həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin hüquq və mənafelərinin müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib, kollektiv üzvlərinin təklif və müraciətlərini dinləyiblər.
İclas çərçivəsində uzunillik səmərəli əmək fəaliyyəti ilə seçilən ittifaq üzvü Sonaşvili Tamara Pavlovna çalışmanın yaş həddinə (65 yaş) çatması münasibətilə ETİHİ Qax Rayon Komitəsi tərəfindən təltif olunaraq ona xoş arzular çatdırılıb.
Sonda ETİHİ Qax Rayon Komitəsinin təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin gücləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyi vurğulanıb.









