Xəbərlər
ETİHİ Qax rayon komitəsi tərəfindən Qaradolaq kənd ümumi orta ümumtəhsil məktəbində növbəti səyyar görüş keçirilib.

ETİHİ Qax rayon komitəsi tərəfindən Qaradolaq kənd ümumi orta ümumtəhsil məktəbində növbəti səyyar görüş keçirilib. Görüş səmimi və işgüzar şəraitdə baş tutub, məktəb kollektivi ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin sosial müdafiəsi, əmək hüquqlarının qorunması və mövcud məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verilib, iştirakçıların rəy və təklifləri dinlənilib. Komitə sədri Rübail Əfəndiyeva çıxış edərək təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və əmək şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, müraciətlərə daim həssas yanaşıldığını vurğulayıb.
Görüş çərçivəsində məktəbin kitabxanaçısı Rəşidova Kəklik Mahmud qızının 65 illik yubileyi və əmək fəaliyyətinin yaş həddinə çatması münasibətilə səmimi yolasalma mərasimi də keçirilib. ETİHİ Qax rayon komitəsi tərəfindən yubilyara Fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.
Çıxış edənlər Kəklik xanımın uzun illər ərzində göstərdiyi zəhməti, məsuliyyətli və nümunəvi fəaliyyətini yüksək qiymətləndirərək ona möhkəm cansağlığı, uzun ömür və xoş günlər arzulayıblar.
Sonda yubilyar göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, görüş iştirakçılarına minnətdarlığını ifadə edib.









