Xəbərlər
ETİHİ Qax Rayon Komitəsi tərəfindən rayonun ümumtəhsil müəssisələrində keçirilən “Son Zəng” tədbirlərində iştirak olunub.

ETİHİ Qax Rayon Komitəsi tərəfindən rayonun ümumtəhsil müəssisələrində keçirilən “Son Zəng” tədbirlərində iştirak olunub. Məzunların sevincinə şərik olmaqla yanaşı, uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş və cari ildə 65 yaş yubileylərini qeyd edən təhsil işçiləri də diqqət mərkəzində saxlanılıb.
Təhsil müəssisələrində keçirilən tədbirlər zamanı yubilyar müəllimlər və təhsil işçiləri kollektivlər qarşısında təbrik olunub, onların təhsilin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. Qeyd olunub ki, ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş müəllimlərin əməyi cəmiyyətimiz üçün xüsusi dəyərə malikdir.
Son Zəng tədbirləri çərçivəsində aşağıdakı təhsil işçiləri 65 illik yubileyləri münasibətilə təbrik olunub:
Bayramova Sevil Əlim qızı – Lələpaşa kənd tam orta məktəbi
Nuriyev Elşən Nəsrullah oğlu – Zərnə kənd tam orta məktəbi
Hüseynov Akif Hüseyn oğlu – Zərnə kənd tam orta məktəbi
Əzizova Beyxan Şaban qızı – Qapıçay kənd ümumi orta məktəbinin direktoru
Şəfiyev Balay Şahlar oğlu – Ləkit kənd tam orta məktəbi
Qədirova Alagöz Məmmədhənifə qızı – Baydarlı kənd tam orta məktəbi
Rüstəmova Gülzar Ömər qızı – Qarabaldır kənd ümumi orta məktəbi
Əzimova İradə ŞƏmsəddin qızı-Qax şəhər 1 nömrəli tam orta məktəb
Heydərova Möhtərəm Həmid qızı -Qax şəhər 1 nömrəli tam orta məktəb
Canaşvili Makvala Romanovna -Qaxingiloy kənd tam orta ümumitəhsil məktəbi
ETİHİ Qax Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, əməyinin qiymətləndirilməsi və mənəvi dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Bütün məzunları məktəbi uğurla başa vurduqları münasibətilə təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq. Yubilyar həmkarlarımıza isə möhkəm cansağlığı, uzun ömür və yeni nailiyyətlər diləyirik.





























