Xəbərlər
ETİHİ Qax Rayon Komitəsi tərəfindən şəhid ailəsi ziyarət olunub
07/11/2025, 01:21

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi tərəfindən Vətən müharibəsi şəhidi Təbriz Tağıyevin ailəsi ziyarət olunub.
Görüş zamanı şəhidimizin xatirəsi dərin ehtiramla yad edilib, onun Vətən qarşısında göstərdiyi igidlik və fədakarlıqlardan danışılıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun!






