Xəbərlər
ETİHİ Qax Rayon Komitəsi tərəfindən səyyar görüşlər davam edir

ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyev Qax rayon Ağçay kənd uşaq bağçasının və Qax rayon Meşəbaş kənd ümumi orta məktəbinin kollektivləri ilə səyyar görüşlər keçirib.
Görüşlər zamanı həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, əmək qanunvericiliyinin tələblərinə əməl olunması və təhsil işçilərinin hüquqlarının qorunması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rübail Əfəndiyev çıxışında ETİHİ Qax Rayon Komitəsinin həyata keçirdiyi sosial layihələr, üzvlərin asudə vaxtının səmərəli təşkili istiqamətində görülən işlər, maarifləndirici tədbirlər, sağlamlıq və istirahət proqramları, eləcə də ittifaq üzvlərinə göstərilən dəstək mexanizmləri barədə ətraflı məlumat verib.
Görüşlərdə təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib. Kollektivlər tərəfindən həmkarlar ittifaqının fəaliyyəti yüksək qiymətləndirilib və bu cür görüşlərin əməkdaşlarla birbaşa ünsiyyətin qurulması baxımından əhəmiyyəti vurğulanıb.










