“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm Zəfər olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

20/12/2025, 22:20
xeber1

ETİHİ Qax rayon komitəsi və Qax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Elm Zəfər” olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə fərqlənən şagirdlər ETİHİ Qax rayon komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin VIII–XI sinif şagirdləri arasında keçirilən “Zəfər” elm müsabiqəsinin əsas məqsədi müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfəri əbədiləşdirmək, eyni zamanda yaradıcı təfəkkürü və elmi bacarıqları ilə seçilən istedadlı şagirdləri üzə çıxarmaq olub.

Şagird və müəllimlərimizi əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlarının davamlı olmasını arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: