“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə Ə. Abdullayev adına Marsan kənd tam orta ümumtəhsil məktəbinin kollektivi "Uludağ" İstirahət Mərkəzində istirahət edib

03/07/2026, 06:55
xeber1

ETİHİ Qax Rayon Komitəsi tərəfindən təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili və sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Bu çərçivədə ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə Ə. Abdullayev adına Marsan kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Qax rayonunda yerləşən "Uludağ" İstirahət Mərkəzində istirahət proqramında iştirak edib.

İstirahət proqramı zamanı ittifaq üzvləri füsunkar təbiət qoynunda dincələrək asudə vaxtlarını səmərəli keçirib, həmkarları ilə səmimi ünsiyyət qurmaq və xoş anlar yaşamaq imkanı əldə ediblər. Tədbir kollektiv üzvlərinin mənəvi-psixoloji rahatlığının təmin olunmasına, həmrəyliyin möhkəmləndirilməsinə və əmək motivasiyasının artırılmasına xidmət edib.

İştirakçılar təhsil işçilərinin sosial rifahının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, istirahət proqramının təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK), ETİHİ Respublika Komitəsinə və ETİHİ Qax Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.

ETİHİ Qax Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və sağlam istirahətinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: