“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə Əmircan kənd ümumi orta ümumitəhsil məktəbinin kollektivi "Turan Göl" İstirahət Mərkəzində istirahət edib

03/07/2026, 06:42
xeber1


ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə Əmircan kənd Ayaz Musayev adına ümumi orta ümumtəhsil məktəbinin müəllim və texniki işçi heyəti "Turan Göl" İstirahət Mərkəzində xoş və maraqlı istirahət günü keçirib.

Tədbir çərçivəsində ittifaq üzvləri füsunkar təbiət qoynunda dincələrək asudə vaxtlarını səmərəli keçirib, həmkarları ilə xoş anlar bölüşüblər. İştirakçılar təhsil işçilərinin sosial rifahının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, onlar üçün yaradılmış bu gözəl imkana görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına , ETİHİ Respublika Komitəsi və Qax Rayon Komitəsinə təşəkkür ediblər.

İttifaq üzvləri qeyd ediblər ki, belə təşəbbüslər təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğının, onların əməyinə verilən dəyərin bariz nümunəsidir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: