“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə Ləkit kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Şəkiyə ekskursiya edib

02/07/2026, 07:41
xeber1

Təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili və mədəni istirahətinin təmin olunması istiqamətində ETİHİ Qax Rayon Komitəsi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Bu çərçivədə ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə Ləkit kənd tam orta ümumtəhsil məktəbinin müəllim və texniki işçi heyəti “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəki şəhərinə mədəni-ekskursiya səfərində iştirak edib.

Səfər zamanı iştirakçılar Şəkinin zəngin tarixi və mədəni irsini əks etdirən Karvansaray, Şəki Xan Sarayı, Alban Kiş məbədi və Şəki yaylasını ziyarət ediblər. Ekskursiya iştirakçılara ölkəmizin tarixi-mədəni abidələri ilə yaxından tanış olmaq, eyni zamanda füsunkar təbiət qoynunda mənalı istirahət etmək imkanı yaradıb.

Kollektiv üzvləri onlar üçün yaradılmış şəraitə və göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və ETİHİ Respublika komitəsi və Qax Rayon Komitəsinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, bu cür mədəni-ekskursiya səfərləri təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkilinə, peşəkar kollektivlər arasında həmrəyliyin möhkəmləndirilməsinə, tarixi-mədəni irsimizin daha yaxından tanıdılmasına və mənəvi istirahətin təmin olunmasına mühüm töhfə verir.

ETİHİ Qax Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və mədəni-kütləvi tədbirlərə cəlb olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: