“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə Lələpaşa kənd ümumi orta məktəbinin kollektivi işğaldan azad olunmuş ərazilərə səfər edib

03/07/2026, 06:22
xeber1

Təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsi və ölkəmizin tarixi-mədəni irsi ilə yaxından tanış olmaları istiqamətində ETİHİ Qax Rayon Komitəsi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Bu çərçivədə ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə Lələpaşa kənd ümumi orta məktəbinin müəllim və texniki işçi heyəti "Şəhərsalma və Memarlıq İli" çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər edib.

Səfər zamanı ittifaq üzvləri Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa, abadlıq və quruculuq işləri ilə yaxından tanış olub, müasir infrastruktur layihələrini, yeni yaşayış məntəqələrini və doğma yurdlarımızda aparılan yenidənqurma işlərini böyük maraq və qürur hissi ilə izləyiblər.

İştirakçılar səfərin onlarda dərin təəssürat yaratdığını, işğaldan azad olunmuş torpaqlarda qısa müddətdə görülən genişmiqyaslı işlərin ölkəmizin gücünü və inkişafını əyani şəkildə nümayiş etdirdiyini vurğulayıblar.

Kollektiv üzvləri xalqımıza tarixi Zəfəri bəxş edən, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını və ehtiramlarını ifadə ediblər.

Səfər iştirakçıları bu mənalı səfərin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK), ETİHİ Respublika Komitəsinə və ETİHİ Qax Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.

Sonda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, qazilərimizə möhkəm cansağlığı arzulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: