Xəbərlər
ETİHİ Qax rayon komitəsinin dəstəyi ilə Qaradolaq kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi Zaqatala rayonuna səfər edib.

ETİHİ Qax rayon komitəsinin dəstəyi ilə Qaradolaq kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi asudə vaxtının səmərəli təşkili məqsədilə Zaqatala rayonuna, Turangöl İstirahət Mərkəzinə səfər edib.
Səfərin məqsədi pedaqoji kollektivin istirahətinin səmərəli təşkili, əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsi və bölgənin füsunkar təbiəti ilə yaxından tanışlıq olub.
Səfər iştirakçıları bu xoş və yaddaqalan səfərin təşkilində göstərilən diqqət və dəstəyə görə AHİK-ə, ETİHİ Respublika Komitəsinə və ETİHİ Qax rayon komitəsinə dərin təşəkkürlərini ifadə ediblər.
Kollektiv ölkəmizdə həyata keçirilən davamlı inkişaf, sabitlik və quruculuq siyasətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını və ehtiramını bildirib.











