Xəbərlər
ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə Şəki Yaylasına tur təşkil olunub

ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə Arif Abbasov adına Turaclı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Şəki Yaylasına təşkil olunan tur-gəzintidə iştirak edib.
Səfər zamanı iştirakçılar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin ölkəmizin gücünü, xalqımızın birliyini və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdiyini xüsusi vurğulayıblar. Qeyd olunub ki, dövlətimizin Silahlı Qüvvələrə göstərdiyi daim diqqət və qayğı nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. İştirakçılar dövlət başçısı cənab İlham Əliyevə göstərdiyi qətiyyətli rəhbərliyə, şəhid ailələrinə, qazilərə və hərbi qulluqçulara göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Tur iştirakçıları həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, ETİHİ Respublika Komitəsinə və ETİHİ Qax Rayon Komitəsinə təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunmasına göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və möhkəm cansağlığı, Vətənimizin əmin-amanlığının və ordumuzun daim qüdrətli olmasını arzulayırıq. Yaşasın müstəqil Azərbaycan!




