Xəbərlər
ETİHİ Qax rayon komitəsinin dəstəyi ilə Tasmalı kənd E. Şahmərdanov adına tam orta ümumtəhsil məktəbinin kollektivi Şuşa və Xankəndiyə səfər edib

ETİHİ Qax rayon komitəsinin dəstəyi ilə Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbinin kollektivinin məzuniyyət dövründə asudə vaxtının səmərəli təşkili məqsədilə Şuşa və Xankəndi şəhərlərinə səfəri təşkil olunub.
Səfər zamanı kollektiv işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, abadlıq və quruculuq işləri ilə yaxından tanış olub, tarixi və mədəni abidələri ziyarət edib, Qarabağın sürətli inkişafını böyük qürur hissi ilə müşahidə edib.
Səfər iştirakçıları bu unudulmaz səfərin təşkilinə və göstərilən diqqətə görə AHİK-ə, ETİHİ Respublika Komitəsinə və ETİHİ Qax rayon komitəsinə dərin təşəkkürlərini bildiriblər.
Kollektiv xalqımıza Tarixi Zəfəri bəxş edən, Qarabağda və işğaldan azad olunmuş digər ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, abadlıq və quruculuq işlərinə rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını və ehtiramını ifadə edib.
Sonda Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və möhkəm cansağlığı dilənib.













