“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə təhsil işçisinin 65 illik yubileyi qeyd olunub

30/06/2026, 22:19
xeber1

ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə ittifaq üzvünün 65 illik yubileyi qeyd olunub

ETİHİ Qax Rayon Komitəsinin dəstəyi ilə Qax şəhər Vaqif Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin texniki işçisi, həmkarlar ittifaqının üzvü Cəlilova Nazlı Nəzirməhəmməd qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Görüş zamanı yubilyar səmimi sözlərlə təbrik olunaraq ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və bundan sonrakı həyatında daim uğurlar arzulanıb.

Tədbirdə Nazlı xanımın uzunillik səmərəli fəaliyyəti, öz peşəsinə məsuliyyətli yanaşması, nümunəvi əməyi və kollektivdə qazandığı hörmət xüsusi vurğulanıb. Göstərdiyi vicdanlı əməyə və təhsil sahəsindəki xidmətlərinə görə ona təşəkkür ifadə edilib.

ETİHİ Qax Rayon Komitəsi tərəfindən yubilyara Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.

ETİHİ Qax Rayon Komitəsi adından Cəlilova Nazlı Nəzirməhəmməd qızını 65 illik yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə xoşbəxtliyi, uzun və mənalı ömür arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: