“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax rayon komitəsinin dəstəyi ilə Zəyəm məktəbinin kollektivi Şuşa və Xankəndiyə səfər edib

10/07/2026, 01:49
xeber1

ETİHİ Qax rayon komitəsinin dəstəyi ilə Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbinin kollektivinin məzuniyyət dövründə asudə vaxtının səmərəli təşkili məqsədilə Şuşa və Xankəndi şəhərlərinə səfəri təşkil olunub.

Səfər çərçivəsində kollektiv işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, abadlıq və quruculuq işləri ilə yaxından tanış olub. İştirakçılar Şuşa və Xankəndidə aparılan yenidənqurma prosesini, müasir infrastruktur layihələrini, tarixi-mədəni irsin bərpası istiqamətində görülən işləri böyük maraq və qürur hissi ilə izləyiblər.

Səfər iştirakçıları bu unudulmaz səfərin təşkilinə göstərilən diqqət və dəstəyə görə AHİK-ə, ETİHİ Respublika Komitəsinə və ETİHİ Qax rayon komitəsinə səmimi təşəkkürlərini ifadə ediblər.

Kollektiv xalqımıza Tarixi Zəfəri bəxş edən, Qarabağda və işğaldan azad olunmuş digər ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, abadlıq və quruculuq işlərinə rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını və ehtiramlarını bildirib.

Sonda şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa və möhkəm cansağlığı dilənib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: