Xəbərlər
ETİHİ Qax rayon komitəsinin iştirakı ilə ittifaq üzvlərinin yubiley tədbiri təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin iştirakı ilə şəhid anası Səfərova Gültəkin Şövkət qızının, eləcə də təhsil işçiləri Dəvətkari Sara Bəkir qızı – Qum kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi və Abdullayeva Tamella Yusif qızı – Qorağan kənd məktəbinin UBR-inin 65 illik yubileyləri münasibətilə tədbir təşkil olunub.
Tədbirdə çıxış edənlər yubilyarların cəmiyyət və təhsil sahəsindəki xidmətlərindən bəhs edərək, onların uzunillik fəaliyyətlərinin gənc nəslin yetişməsində mühüm rol oynadığını vurğulayıblar. Şəhid anası Səfərova Gültəkin Şövkət qızına göstərilən diqqət və ehtiramın şəhid ailələrinə verilən yüksək dəyərin təzahürü olduğu xüsusi qeyd edilib.
Səmimi şəraitdə keçən tədbirdə yubilyarlara xoş arzular çatdırılıb, onlara hədiyyələr təqdim olunub, möhkəm can sağlığı, uzun ömür və ailə səadəti arzulanıb.





