Xəbərlər
ETİHİ Qax Rayon Komitəsinin iştirakı ilə ittifaq üzvlərinin yubiley tədbiri təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin iştirakı ilə təhsil işçilərinin yubileyləri münasibətilə tədbirlər təşkil olunub.
Tədbirlərdə Qax rayonu Turaclı kənd 31 nömrəli körpələr evi–uşaq bağçasının müdiri Mehdiyeva Fatma Bahayiddin qızının, həmin müəssisənin texniki işçisi Mirzəyeva Sünbül Vəli qızının və Qax rayonu üzrə təhsil sektorunun mühasibi Məmmədova Nərminə İman qızının 65 illik yubileyləri qeyd edilib.
Yubilyarların şərəfinə keçirilən görüşlərdə onların uzunillik əmək fəaliyyəti, təhsil sahəsinin inkişafına verdikləri töhfələr və kollektivlər arasında qazandıqları nüfuz yüksək qiymətləndirilib. Bildirilib ki, yubilyarlar peşəkarlıqları, məsuliyyətli fəaliyyətləri və zəhmətsevərlikləri ilə gənc nəslin yetişdirilməsi və təhsil müəssisələrinin uğurlu fəaliyyətində mühüm rol oynayıblar.
ETİHİ Qax Rayon Komitəsinin nümayəndələri yubilyarları əlamətdar günləri münasibətilə təbrik edərək onlara möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatlarında uğurlar arzulayıblar.
Sonda yubilyarlara ETİHİ Qax Rayon Komitəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkdirilib.





















