Xəbərlər
ETİHİ Qax rayon komitəsinin iştirakı ilə Şəhidimiz Sadiq Məmmədovun xatirəsi anılıb.

ETİHİ Qax rayon komitəsinin iştirakı ilə Şəhidlər xiyabanında İttifaq üzvü Sadəddin Məmmədovun övladı şəhidimiz Polkovnik-leytenant Sadiq Məmmədovun anadan olmasının 45-ci ildönümündə xatirəsi anılıb.
Məmmədov Sadiq Sadəddin oğlu 23.06.1981-ci ildə Qax şəhərində anadan olmuşdur. 1998-ci ildə Qax şəhər 2 nömrəli tam orta məktəbini bitirmişdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini 2002-ci ildə bitirdikdən sonra hərbi xidmətə başlamış, müxtəlif bölgələrdə şərəflə xidmət edərək polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olan zabit Vətən müharibəsində Qubadlı-Laçın isitqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illliyi(1918-2013)" yubiley medalı , "Qüsursuz xidmətə görə " 1-ci dərəcəli, "Qüsursuz xidmətə görə " 2-ci dərəcəli , "Qüsursuz xidmətə görə " 3-cü dərəcəli medalları və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı ordeni”, “Vətən uğrunda”,"Cəbrayılın azad olunmasına görə" ,"Füzulinin azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 28.10.2020-ci il tarixdə Qax şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.









