“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax rayon komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub.

08/03/2026, 22:37
xeber1

ETİHİ Qax rayon komitəsi tərəfindən təhsil müəssisələrində çalışan ittifaq üzvləri ilə birlikdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə təhsil sahəsində çalışan şəhid ailəsi üzvü olan xanımlar, həmçinin Şəki–Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin Tədrisdə Keyfiyyət sektorunun müdiri Alqış Həsrətov, Qax rayonu üzrə təhsil sektorunun müdiri Babək Heydərov, Qax UGİŞM-in direktoru Pərvanə İsmayılova, Qax UGİM-in direktoru Elina Məmmədova iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər qadınların cəmiyyətin inkişafında, ailə dəyərlərinin qorunmasında və xüsusilə təhsil sahəsində oynadıqları mühüm roldan bəhs edərək bütün xanımları bayram münasibətilə təbrik ediblər.

Tədbir şagirdlərin hazırladığı bədii kompozisiyalar və bayram proqramı ilə davam edib

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: