“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsinin təşkilatçılığı ilə Fıstıqlı kənd məktəbinin kollektivi Qarabağa səfər edib

19/07/2026, 01:43
xeber1

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan Fıstıqlı kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivinin məzuniyyət dövrünün səmərəli təşkili məqsədilə Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə ekskursiya təşkil olunub.

Səfər çərçivəsində iştirakçılar işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olub, tarixi və mədəni əhəmiyyət daşıyan məkanları ziyarət ediblər. Ağdamın, Xocalının, Xankəndinin və Şuşanın yenilənən siması, müasir infrastruktur layihələri, abadlıq və tikinti işləri təhsil işçilərində dərin qürur hissi yaradıb.

İştirakçılar qeyd ediblər ki, Qarabağın yenidən dirçəlişini öz gözləri ilə görmək onlar üçün unudulmaz təəssürat olub. Doğma torpaqlarımızda aparılan quruculuq işləri, tarixi irsimizin qorunması və şəhərlərimizin sürətli inkişafı ölkəmizin qüdrətini və xalqımızın birliyini bir daha nümayiş etdirir. Bu səfər təhsil işçilərinin həm mənəvi istirahətinə, həm də Qarabağın bugünkü inkişafı ilə yaxından tanış olmalarına, Vətənə bağlılıq və milli qürur hisslərinin daha da möhkəmlənməsinə töhfə verib.

Qeyd olunub ki, ETİHİ Qax Rayon Komitəsi tərəfindən mütəmadi olaraq təşkil edilən belə ekskursiyalar təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında ünsiyyət və həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Səfər iştirakçıları işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini yüksək qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin hər bir azərbaycanlıda böyük qürur hissi yaratdığını vurğulayıblar. Həmçinin Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onlara Allahdan rəhmət, qazilərimizə möhkəm can sağlığı arzulanıb.

İştirakçılar təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili və belə yaddaqalan ekskursiyanın təşkilinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) və ETİHİ Qax Rayon Komitəsinə səmimi təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: