“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatında yubiley tədbiri keçirilib

16/11/2026, 17:30
xeber1

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan Güllük kənd uşaq bağçasında çalışan aşpaz Həbiliva Əfşan Həbil qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə yubilyarın həyat və əmək fəaliyyətindən bəhs olunub, onun uzun illər ərzində çalışdığı sahədə göstərdiyi səmərəli əmək, peşəsinə məsuliyyətli yanaşması, işinə bağlılığı və kollektiv arasında qazandığı hörmət xüsusi vurğulanıb.

Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlam və düzgün qidalanmasının təşkili onların sağlamlığının qorunması, fiziki inkişafı və gündəlik fəaliyyətlərinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Uşaqların qida rasionunun düzgün hazırlanması, qida təhlükəsizliyi və gigiyena qaydalarına riayət olunması bu sahədə çalışan aşpazların üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan aşpazların əməyi məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində mühüm yer tutur.

Əfşan Həbilivanın öz vəzifəsinə məsuliyyətlə yanaşması, gündəlik əmək fəaliyyətində göstərdiyi diqqət və zəhmət təqdirəlayiq hesab olunub.

Yubiley münasibətilə Əfşan Həbiliva təbrik edilib, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatında firavanlıq arzulanıb.

ETİHİ Qax Rayon Komitəsi olaraq Həbiliva Əfşan Həbil qızını 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona sağlam, xoşbəxt və sevinc dolu ömür arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: