“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatlarında çalışan ittifaq üzvlərinin 65 illik yubileyləri münasibətilə tədbirlər keçirilib.

05/11/2026, 16:07
xeber1

R. İbrahimov adına Cəlayir kənd tam orta ümumtəhsil məktəbində laborant vəzifəsində çalışan Validə Hafizovanın və N. Heydərov adına Lələpaşa kənd ümumi orta ümumtəhsil məktəbində xadimə vəzifəsində çalışan Səadət Tağıyevanın yubileyləri münasibətilə təşkil olunan tədbirlərdə məktəb rəhbərlikləri, müəllim kollektivləri və həmkarlar ittifaqı nümayəndələri iştirak ediblər.

Tədbirlərdə yubilyarların uzun illər ərzində təhsil sahəsində göstərdikləri səmərəli əmək fəaliyyəti, kollektivdə qazandıqları hörmət və nüfuz, üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmələri xüsusi qeyd olunub. Onların işgüzarlığı, mehribanlığı, səmimiyyəti və kollektivlə xoş münasibətləri yüksək qiymətləndirilib.

Çıxış edənlər Validə Hafizovanı və Səadət Tağıyevanı 65 illik yubileyləri münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və xoşbəxt həyat arzulayıblar.

Tədbirin sonunda ETİHİ Qax Rayon Komitəsi tərəfindən Validə Hafizovaya və Səadət Tağıyevaya 65 illik yubileyləri münasibətilə Fəxri fərman və xatirə hədiyyələri təqdim olunub xoş arzular çatdırılıb.

Hər iki yubilyarımızı 65 illik yubileyləri münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı və uzun ömür arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: