Xəbərlər
ETİHİ Qax RK tərəfindən təhsil işçiləri mükafatlandırılıb
13/01/2026, 11:33

ETİHİ Qax Rayon Komitəsi tərəfindən 65 yaşını bitirmiş təhsil işçiləri mükafatlandırılıb. Əlibəyli kənd 14 nömrəli körpələr evi–uşaq bağçasının təsərrüfat müdiri Tartaraşvili Silva Armenovna və xadimə/dayə Aslamazaşvili Miranda Şalbatovna uzun illər göstərdikləri səmərəli fəaliyyətinə görə hədiyyə və diplomla təltif olunublar.
Təltif mərasimində onların təhsil sahəsindəki əvəzsiz xidmətləri yüksək qiymətləndirilib. İttifaq üzvlərinə möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.






