Xəbərlər
ETİHİ Qazax Rayon Komitəsinin təşkilatçılığı ilə ittifaq üzvlərinin istirahətinin təşkili.
08/07/2026, 13:45

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Qazax Rayon Komitəsinin dəstəyi ilə Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi Tovuz rayon Əsrik kənd Suyun Səsi istirahət mərkəzində bir günlük gəzinti təşkil etmişdi.
İstirahətə gedən məktəb kollektivi adından qeyd edirik ki, yaradılan şərait müəllimlər tərəfindən rəğbətlə qarşılanmışdır. Təhsil işçilərinə göstərilən qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürümüzü bildiririk.






