Xəbərlər
ETİHİ Qazax RK-nin dəstəyi ilə Qazax şəhəri 1 nömrəli tam orta məktəbdə yubley tədbiri qeyd edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsi tərəfindən Qazax şəhəri 1 nömrəli tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini Şükürov Fariz Qiyas oğlu və texniki işçi Cəfərova Leyli Cəfər qızının 65 illik yubileyi münasibətilə görüş keçirildi.
Uzun illərdir ki, vicdanla çalışan, həm şagirdlər həm də valideynlər arasında dərin hörmət qazanmışlar. Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı ETİHİ Qazax rayon Komitəsi adından Cəfərova Leyli xanıma gül buketi və xatirə hədiyyəsi, Şükürov Fariz müəllim'ə isə fəxri fərman və xatirə hədiyyəsi təqdim edildi.
Onlara göstərdikləri səmərəli fəaliyyətlərinə görə təşəkkür edildi.
65 illik yubileyiniz mübarək olsun, sağlam , xoşbəxt və uğurlarla dolu illər arzulayırıq.





