“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qazax RK-nin təşkilatçılığı ilə ittifaq üzvlərinin istirahəti təşkil olundu.

30/06/2026, 14:41
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin təşkilati dəstəyi ilə Qaratel Hacımahmudova adına ümumi orta ünumtəhsil məktəbinin kollektivi Şəki yaylasına gəzinti təşkil etmişdi.

Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında sağlam mühitin yaradılması idi.

Ekskursiya zamanı iştirakçılar yaylanın görməli yerləri ilə tanış olub, əyləniblər.

ETİHİ Qazax Rayon Komitəsi tərəfindən təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: