Xəbərlər
ETİHİ Qəbələ Rayon Komitəsi tərəfindən ittifaq üzvləri ilə görüş keçirilib

ETİHİ Qəbələ Rayon Komitəsi tərəfindən Mürvət Bilalov adına Aydınqışlaq kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
Görüş zamanı təhsil işçiləri ilə səmimi fikir mübadiləsi aparılıb, onları maraqlandıran məsələlər müzakirə olunub. Həmkarlar ittifaqı üzvlərinin təklif və fikirləri dinlənilib.
Tədbirdə həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Çıxış edən İttifaq üzvləri görülən işləri müsbət qiymətləndirrərək bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.Görüş çərçivəsində məktəbin hərbi rəhbəri,Vətən müharibəsi veteranı Hikmət Əhmədovun təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş veloyürüş təşkil edilib. Veloyürüş iştirakçılar tərəfindən maraqla qarşılanıb və vətənpərvərlik ruhunun təbliği baxımından əhəmiyyətli tədbir kimi dəyərləndirilib.








