“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qəbələ Rayon Komitəsi tərəfindən ittifaq üzvləri üçün səfər təşkil olunub.

24/05/2026, 12:46
xeber1

ETİHİ Qəbələ Rayon Komitəsinin dəstəyi ilə Murad Əlibəyov adına Xırxatala kənd tam orta ümumtəhsil məktəbi və Elşən İsmayılov adına Quşlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə səfər edib.

Səfər zamanı iştirakçılar həyata keçirilən genişmiqyaslı bərpa, abadlıq və quruculuq işləri ilə yaxından tanış olublar. Onlar bölgədə aparılan yenidənqurma işlərinin miqyası, müasir infrastruktur layihələri və tarixi-mədəni abidələrin bərpası prosesi barədə ətraflı məlumat əldə ediblər.

Səfər iştirakçıları xalqımıza tarixi Zəfəri bəxş edən, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını və ehtiramlarını ifadə ediblər.

Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, qazilərimizə sağlamlıq və uzun ömür arzulanıb.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: