“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qobustan Rayon Komitəsi ittifaq üzvləri üçün tur-ekskursiya təşkil edib

26/01/2026, 10:33
xeber1

24 yanvar 2026-cı il tarixində ETİHİ Qobustan Rayon Komitəsi ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və istirahətinin təmin edilməsi məqsədilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna tur-ekskursiya təşkil edib.


Ekskursiya çərçivəsində iştirakçılar Şirvanşahlar Sarayı, Bəylər məscidi, Mühəmməd məscidi, Şiratağlı dini-memarlıq kompleksi və Qız Qalası muzeyi ilə yaxından tanış olublar.

Tarixi abidələr haqqında ətraflı məlumat verilib, milli-mədəni irsimizin qorunması və təbliği mövzusunda maraqlı müzakirələr aparılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: