Xəbərlər
ETİHİ Qubadlı rayon komitəsi tərəfindən 60 illik yubiley qeyd olunmuşdur
09/01/2026, 12:43

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbin müəllimi Şirinova Ziyafət Əsab qızının 60 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, məktəbin direktoru Tünzalə Hüseynova, İlk Həmkarlar təşkilatının sədri Nanə Babayeva və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Şirinova Ziyafət Əsab qızının gənc nəslin təlim-tərbiyəsində göstərdiyi şərəfli və fədakar əməyi yüksək qiymətləndirilir, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Tədbirin sonunda yubilyara Fəxri Fərman, mükafat və gül dəstəsi təqdim olunmuşdur.






