Xəbərlər
ETİHİ Respublika Komitəsi həmkarlar ittifaqı üzvlərini bayram hədiyyələri ilə sevindirib
01/01/2026, 00:40

ETİHİ Respublika Komitəsinin təşəbbüsü ilə həmkarlar ittifaqı üzvlərinə bayram münasibətilə hədiyyələr təqdim olunub. Bu xoş təşəbbüs ittifaq üzvləri arasında bayram əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olub.
Hədiyyələrin təqdimatı həmkarlar ittifaqı üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb. İttifaq üzvləri göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, bu cür tədbirlərin birlik, həmrəylik və kollektiv ruhun daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.




