“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Respublika Komitəsi Şabran təhsil ictimaiyyəti üçün yaddaqalan ekskursiya təşkil edib

23/02/2026, 13:49
xeber1

22 fevral 2026-cı il tarixində ETİHİ Respublika Komitəsinin təşkilatçılığı ilə Şabran rayonu ümumtəhsil müəssisələrinin rəhbərləri, Şabran rayon Təhsil sektorunun əməkdaşları və bir qrup ilk həmkarlar komitəsinin sədrlərinin iştirakı ilə Quba rayonu ərazisində yerləşən Nazlı Bulaq istirahət mərkəzinə yaddaqalan ekskursiya təşkil olunub.

Səmimi və işgüzar mühitdə keçən tədbir iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsinə, təcrübə paylaşımına və həmrəylik münasibətlərinin daha da möhkəmlənməsinə geniş imkan yaradıb. Ekskursiya çərçivəsində iştirakçılar qeyri-rəsmi mühitdə ünsiyyət quraraq gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Tədbirin yüksək səviyyədə təşkili iştirakçılar tərəfindən xüsusi razılıqla qarşılanıb. Sonda iştirakçılar göstərilən diqqət və qayğıya görə ETİHİ Respublika Komitəsinin sədri, hörmətli Araz Paşayevə dərin minnətdarlıqlarını ifadə edib, bu cür təşəbbüslərin kollektiv ruhun gücləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: