“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Respublika Komitəsi tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

29/09/2026, 19:22
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Qəbələ rayonu Kiçik Pirəli kənd və Nic qəsəbəsi 1 nömrəli tam orta ümumtəhsil məktəblərində çalışan müəllimlərlə görüşlər keçirib.

Görüşdə ETİHİ Respublika Komitəsinin daxili nəzarət və keyfiyyətin təminatı üzrə müşavir Natiq Zamanov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, ETİHİ Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov və müəllimlər iştirak ediblər.

Görüşlər zamanı AHİK-in və ETİHİ Respublika Komitəsinin rəhbərliyinin bayram təbrikləri təhsil işçilərinə çatdırılıb, müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolu vurğulanıb.

Müəllimlərin gündəlik fəaliyyəti, qarşılaşdıqları məsələlər və təhsil sahəsində həyata keçirilən işlər, o cümlədən ETİHİ Respublika Komitəsi tərəfindən təhsil işçilərinin əmək, sosial-iqtisadi hüquqlarının qorunması, istirahət və müalicələrinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Görüşlərin sonunda təhsil işçiləri ilə bərabər xatirə şəkilləri çəkdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: