Xəbərlər
ETİHİ Respublika Komitəsi tərəfindən ETİHİ Astara Rayon Komitəsinin İlk Həmkarlar Təşkilatının sədrləri üçün istirahət proqramı təşkil olunub.
28/03/2026, 11:09

ETİHİ Respublika Komitəsinin yüksək diqqət və qayğısı nəticəsində 26–28 mart tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin ilk həmkarlar təşkilatının 15 nəfər sədri üçün Bakı şəhərində yerləşən Səməd Vurğun adına istirahət mərkəzində yüksək səviyyədə istirahət təşkil olunmuşdur.
Yaradılmış bu gözəl şərait, göstərilən xüsusi diqqət və qayğı həmkarlar ittifaqı üzvləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanmış, iştirakçıların səmərəli istirahətinə, onların əmək fəaliyyətində daha böyük ruh yüksəkliyi ilə çalışmalarına mühüm töhfə vermişdir.










