Xəbərlər
ETİHİ Respublika Komitəsi tərəfindən Respublikanın bütün bölgələrində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkənin müxtəlif bölgələrində çalışan ittifaq üzvləri ilə görüşlər keçirib.
02 oktyabr 2026-cı il tarixində ETİHİ Respublika Komitəsi mədəni - kütləvi və idman işləri üzrə şöbənin sektor müdiri Ramil Orucov Salyan rayonunun Qızılağac kənd tam orta və Boranıkənd kənd ümumi orta ümumtəhsil məktəblərində təşkil olunan görüşlərdə iştirak edib.
Görüşlər zamanı AHİK-in və ETİHİ Respublika Komitəsinin rəhbərliyinin bayram təbrikləri təhsil işçilərinə çatdırılıb, müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolu vurğulanıb.
Müəllimlərin gündəlik fəaliyyəti, qarşılaşdıqları məsələlər və təhsil sahəsində həyata keçirilən işlər, o cümlədən ETİHİ Respublika Komitəsi tərəfindən təhsil işçilərinin əmək, sosial-iqtisadi hüquqlarının qorunması, istirahət və müalicələrinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Ramil Orucov təhsil işçilərini 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Bir neçə təhsil işcisi peşə bayramı münasibətilə təltif edilib.
Görüşlərin sonunda təhsil işçiləri ilə bərabər xatirə şəkilləri çəkdirilib.









