Xəbərlər
ETİHİ Respublika Komitəsi tərəfindən təşkil olunan mühasibatlıq kursları yekunlaşıb

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə həyata keçirilən “0-dan Mühasibatlıq” Mühasib Yetişdirmə Kursu uğurla yekunlaşıb.
Təlim proqramı çərçivəsində iştirakçılar mühasibatlığın əsasları, maliyyə və vergi uçotu, hesabatların hazırlanması və praktiki tətbiqlər üzrə bilik və bacarıqlara yiyələniblər. Kursun sonunda keçirilən yekun qiymətləndirmə mərhələsini müvəffəqiyyətlə tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub.
ETİHİ Respublika komitəsi olaraq kursu uğurla başa vuran bütün iştirakçıları təbrik edir, onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq.











