“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Respublika Komitəsinin 34 əməkdaşı “IOSH Təhlükəsiz İdarəetmə” təlimində iştirak edib

18/09/2026, 17:50
xeber1

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ) üzv təşkilatlarında çalışan 34 əməkdaş üçün “IOSH Təhlükəsiz İdarəetmə” mövzusunda təlim keçirilib.


Təlim Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutunun (IOSH – Institution of Occupational Safety and Health) “Təhlükəsiz İdarəetmə” proqramı əsasında təşkil olunub. Üç mərhələdən ibarət proqram çərçivəsində ümumilikdə 34 əməkdaş təlimə cəlb olunub.


Təlimin açılışında Akademiyanın rektoru vəzifəsini icra edən Fərid Babayev və ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Renata Mənsurova iştirakçıları salamlayıblar. Çıxışlarda əməyin təhlükəsizliyinin təmin olunmasının əhəmiyyəti, eləcə də bu sahədə əməkdaşların bilik və bacarıqlarının davamlı inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.


Təlim çərçivəsində əməyin təhlükəsizliyinin idarə olunması, iş yerlərində təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi, təhlükəsiz iş mühitinin formalaşdırılması, həmçinin rəhbərliyin əməyin təhlükəsizliyinin təmin edilməsində rolu ilə bağlı mövzular müzakirə olunub.


Əməyin təhlükəsizliyi və idarəetmə sahəsində mütəxəssis Qərib İsmayılzadənin apardığı məşğələlər zamanı iştirakçılar interaktiv müzakirələrdə, praktiki tapşırıqlarda və müxtəlif situasiya nümunələrinin təhlilində iştirak ediblər.


Qeyd edək ki, təlimin sonunda imtahandan uğurla keçən iştirakçılara IOSH-un “Təhlükəsiz İdarəetmə” beynəlxalq sertifikatları təqdim olunacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: