Xəbərlər
ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayev 03 noyabr tarixində Salyan şəhərində Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi təhsil müəssisələrinin ilk həmkarlar komitələrinin sədrləri ilə görüş

ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayev 03 noyabr tarixində Salyan şəhərində Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi təhsil müəssisələrinin ilk həmkarlar komitələrinin sədrləri ilə görüş keçirib, bir il ərzində görülən işlər və qazanılan uğurlardan geniş məlumat verdi. Görüşdə iştirak edən 244 nəfər ilk həmkarlar komitələrinin sədrlərinin əksəriyyətini maraqlandıran suallara cənab sədrin ətraflı cavabları görüşü daha maraqlı etdi. Sonda ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev ilk həmkarlar komitəsinin sədrləri ilə xatirə şəkli çəkdirdi.













