Xəbərlər
ETİHİ Respublika Komitəsinin təşəbbüsü və ETİHİ Xətai Rayon Komitəsinin dəstəyi ilə dekabrın 26-da bir qrup ittifaq üzvü üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunmuşdur.

Qoşa Qala qapısından başlayan gəzinti zamanı iştirakçılar qala divarları və giriş qapıları, qədim ticarət yollarının keçdiyi ərazilər, eləcə də şəhərin ilkin formalaşma mərhələlərini əks etdirən tarixi abidələr haqqında ətraflı məlumat alıblar.
Ekskursiya çərçivəsində iştirakçılara zəngin milli kulinariyamızdan və qastro-irsimizdən də nümunələr təqdim edilib. Tədbir səhər yeməyi ilə başlayıb, baş aşpazın iştirakı ilə qədim milli yeməklərin hazırlanması üzrə praktiki dərs və milli naharla davam edib, şirniyyat ustası ilə canlı ustad dərsi və ənənəvi çay mərasimi ilə yekunlaşıb.
Bu ekskursiyada ETİHİ Xətai Rayon Komitəsi ittifaq üzvləri üçün İçərişəhərin həm tarixi ab-havasını, həm də zəngin dad və mətbəx mədəniyyətini yaxından tanımaq imkanı yaradıb.
ETİHİ Xətai Rayon Komitəsi ittifaq üzvlərini daim diqqətdə saxlayaraq onların asudə vaxtlarının səmərəli təşkili və mədəni istirahətlərinin təmin olunmasına xüsusi önəm verir. İttifaq üzvləri isə onlar üçün yaradılan bu şəraitə görə AHİK və ETİHİ rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.










