“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Respublika Komitəsinin təşkilatçılığı ilə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Ətraf Ağaverdiyev adına Göydəlləkli kənd ümumtəhsil məktəbinin kollektivi ilə görüş keçirildi.

02/10/2026, 12:25
xeber1

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Ağsu rayonunun Göydəlləkli kəndində müəllimlərlə görüş keçirilib. Tədbir Ətraf Ağaverdiyev adına Göydəlləkli kənd ümumi orta məktəbində təşkil olunub.

Görüşdə ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Renata Mansurova, Ağsu Rayon Təhsil Sektorunun müdiri Ramin Mahmudov, ETİHİ Ağsu Rayon Komitəsinin sədri Sevinc Beybudova və pedaqoji kollektiv iştirak ediblər.

Tədbirdə AHİK və ETİHİ Respublika Komitəsi rəhbərliyinin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrikləri müəllimlərə çatdırılıb. Müəllim əməyinin təhsilin inkişafında, gənc nəslin formalaşmasında və milli-mənəvi dəyərlərin qorunmasında mühüm rolu vurğulanıb.

Görüş zamanı təhsil işçilərinin əmək fəaliyyəti, sosial məsələləri və onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb. ETİHİ Respublika Komitəsinin ittifaq üzvlərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi, istirahət və müalicəsinin təşkili istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

Məktəbin son illərdə əldə etdiyi nəticələr də diqqətə çatdırılıb. Şagirdlərin müxtəlif olimpiada və yarışlarda uğur qazandığı, ötən tədris ilində IX sinif buraxılış imtahanlarının nəticələrinə görə rayon üzrə yüksək göstərici əldə etdiyi bildirilib.

Tədbir çərçivəsində məktəbin qabaqcıl ibtidai sinif müəllimi Rübabə Mehmandarova peşə bayramı və doğum günü münasibətilə təbrik olunub, ona hədiyyələr təqdim edilib.

Təşkilatçılar kollektivdə çalışan şəhid ailələrinin üzvləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıblar.

Şagirdlərin təqdim etdiyi ədəbi-bədii kompozisiyalardan sonra tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: