Xəbərlər
ETİHİ Sabirabad rayon Komitəsi Mil-Muğan Regional Təhsil İdarəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir” adlı dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dəyirmi masada çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının faciəsidir. Qeyd olunub ki, həmin qanlı hadisələr zamanı yüzlərlə dinc sakin – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirilib. Bu ağır itkilərə baxmayaraq, xalqımız öz şəhidlərinin xatirəsini daim uca tutur, onların əziz xatirəsini ehtiramla yad edir və gələcək nəsillərə ötürür.