“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Şabran Rayon Komitəsi təhsil işçiləri üçün növbəti ekskursiya təşkil edib

05/07/2026, 22:24
xeber1

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 28 iyun 2026-cı il tarixində Şabran rayon Rəhimli kənd tam orta ümumtəhsil məktəbinin bir qrup həmkarlar ittifaqı üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Quba rayonunda yerləşən Dəyirman İstirahət Mərkəzinə ekskursiya təşkil olunmuşdur.

Ekskursiya iştirakçıları istirahət mərkəzində yaradılmış əlverişli şəraitdən məmnun qalmış, asudə vaxtlarını səmərəli keçirmək və həmkarları ilə xoş ünsiyyət qurmaq imkanı əldə etmişlər.

Təhsil işçiləri onlar üçün göstərilən diqqət və qayğıya, yaradılmış istirahət şəraitinə görə ETİHİ Respublika Komitəsinə dərin təşəkkürlərini bildirmiş, bu cür sosialyönümlü tədbirlərin davamlı təşkilinin əhəmiyyətini vurğulamışlar.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: