“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Şabran Rayon Komitəsi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə dəstəyini davam etdirir

05/07/2026, 22:30
xeber1

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 1 iyul 2026-cı il tarixində Şabran rayon Pirəbədil kənd tam orta ümumtəhsil məktəbinin bir qrup həmkarlar ittifaqı üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Quba rayonunda yerləşən Macəra İstirahət Mərkəzinə ekskursiya təşkil olunmuşdur.

Ekskursiya çərçivəsində iştirakçılar istirahət mərkəzində yaradılmış şəraitdən istifadə edərək xoş və yaddaqalan vaxt keçirmiş, həmkarları ilə səmimi ünsiyyət qurmaq və dincəlmək imkanı əldə etmişlər.

Təhsil işçiləri onlar üçün göstərilən diqqət və qayğıya, eləcə də yaradılmış yüksək səviyyəli istirahət şəraitinə görə ETİHİ Respublika Komitəsinə səmimi minnətdarlıqlarını bildirmiş, bu cür sosialyönümlü tədbirlərin davamlı təşkilini yüksək qiymətləndirmişlər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: