“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Şabran Rayon Komitəsi tərəfindən İçərişəhərə ekskursiya təşkil olunub

27/01/2026, 20:37
xeber1


25.01.2026-cı il tarixində ETİHİ Şabran Rayon Komitəsinin təşəbbüsü ilə ilk həmkarlar təşkilatlarının sədrlərinin iştirakı ilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil edilib. Ekskursiya çərçivəsində iştirakçılar Qız Qalası, Şirvanşahlar Saray Kompleksi və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.


Tədbirin əsas məqsədi milli-mədəni irsin təbliği, eyni zamanda həmkarlar təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi olub. Ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yadda qalan anlarla zəngin olub.


Sonda ittifaq üzvləri bu gözəl təşəbbüsə görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri cənab Sahib Məmmədova, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri cənab Araz Paşayevə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürlərini bildiriblər.



Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: