Xəbərlər
ETİHİ Şabran Rayon Komitəsi tərəfindən ittifaq üzvləri üçün ekskursiya təşkil olunub

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 26 iyun 2026-cı il tarixində Şabran şəhəri Oktay Bəşirov adına 2 nömrəli ümumi orta məktəbin bir qrup həmkarlar ittifaqı üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Quba rayonunda yerləşən Aynur İstirahət Mərkəzinə ekskursiya təşkil olunub.
Ekskursiya zamanı iştirakçılar təbiətin gözəlliklərindən zövq alıb, istirahət edərək xoş və yaddaqalan anlar yaşayıblar. Bu cür tədbirlər təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ekskursiya iştirakçıları onlar üçün yaradılan yüksək şəraitə və göstərilən diqqətə görə ETİHİ Respublika Komitəsinə dərin minnətdarlıqlarını bildirərək, belə sosialyönümlü layihələrin davamlı olmasını arzulayıblar.









