Xəbərlər
ETİHİ Şabran Rayon Komitəsi tərəfindən təhsil işçiləri üçün Nabrana ekskursiya təşkil olunub

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 26 iyun 2026-cı il tarixində Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin bir qrup həmkarlar ittifaqı üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən Delfin İstirahət Mərkəzinə ekskursiya təşkil olunub.
Ekskursiya iştirakçıları istirahət mərkəzində yaradılmış əlverişli şəraitdən məmnun qalıb, asudə vaxtlarını səmərəli keçirərək xoş və yaddaqalan anlar yaşayıblar. Belə sosialyönümlü tədbirlər təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ekskursiya iştirakçıları onlar üçün yaradılan şəraitə və göstərilən diqqətə görə ETİHİ Respublika Komitəsinə dərin minnətdarlıqlarını bildirərək, bu cür tədbirlərin davamlı təşkil olunmasını arzulayıblar.







