Xəbərlər
ETİHİ Şabran Rayon Komitəsi tərəfindən təhsil işçiləri üçün Qusar rayonuna ekskursiya təşkil olunub

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 26 iyun 2026-cı il tarixində Şabran rayon Gəndov kənd tam orta ümumtəhsil məktəbinin bir qrup həmkarlar ittifaqı üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Qusar rayonunda yerləşən Park Qusar Deluxe İstirahət Mərkəzinə ekskursiya təşkil olunmuşdur.
Ekskursiya iştirakçıları istirahət mərkəzində yaradılmış yüksək şəraitdən faydalanaraq asudə vaxtlarını səmərəli və maraqlı şəkildə keçirmiş, eyni zamanda həmkarlar arasında ünsiyyətin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli imkan əldə etmişlər.
Təhsil işçiləri onlar üçün göstərilən diqqət və qayğıya, yaradılmış gözəl istirahət şəraitinə görə ETİHİ Respublika Komitəsinə və ETİHİ Şabran Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildirmiş, bu cür sosialyönümlü tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamışlar.





