“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Şabran Rayon Komitəsi yubiley münasibətilə müəllimi təltif edib

05/07/2026, 21:54
xeber1

25 iyun 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən Şabran rayon Cümşüd Əsgərov adına Pirəmsən kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyatı müəllimi Enfira Səmədovanın 65 illik yubileyi qeyd olunub.

Yubiley münasibətilə Enfira Səmədova Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən uzunillik səmərəli pedaqoji fəaliyyətinə, təhsilin inkişafına verdiyi töhfələrə görə fəxri fərman və qiymətli hədiyyə ilə təltif edilib.

Tədbirdə yubilyara gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və uzun, mənalı ömür arzulanıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi Enfira Səmədovanı əlamətdar yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, işlərində yeni nailiyyətlər və uzun ömür arzulayır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: