“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Salyan Rayon Komitəsi ilə Salyan rayonu üzrə Təhsil Sektoru, rayonun ümumtəhsil və məktəbəqədər müəssisələri arasında Kollektiv Müqavilə imzalanib.

26/11/2025, 17:37
xeber1

26 noyabr 2025-ci il tarixində ETİHİ Salyan Rayon Komitəsi ilə Salyan rayonu üzrə Təhsil Sektoru, rayonun ümumtəhsil və məktəbəqədər müəssisələri arasında Kollektiv Müqavilə imzalanib.

Salyan rayonu Kürkənd kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova, Salyan rayonu üzrə Təhsil Sektorunun müdiri Razıgül Dadaşova, ümumtəhsil və məktəbəqədər müəssisələrin rəhbərləri, ilk həmkarlar ittifaqları sədrləri iştirak edib.

Aynur Əsgərova ittifaq üzvlərini salamlayaraq, onları 2025-2027-ci illəri əhatə edəcək Kollektiv Müqavilənin müddəaları ilə tanış edib, ittifaq üzvlərinin əmək və sosial haqlarının müdafiəsini özundə ehtiva edən yeni müqavilə ilə əvvəlki müqavilənin bəndələrinin müqayisəli təhlilini apararaq geniş məlumat verib.

Daha sonra Salyan rayonu üzrə Təhsil Sektorunun müdiri Razıgül Dadaşova çıxış edərək tərəflər arasında imzalanan Kollektiv Müqavilənin vacibliyini vurğulayıb.İttifaq üzvlərini maraqlandıran suallara cavablar verilib.

Ardınca tərəflər arasında Kollektiv Müqavilələr imzalanıb, bütün müəssisə rəhbərləri və ilk həmkarlar ittifaqları sədrlərinə müqavilənin şərtlərı ilə öz ittifaq üzvlərini tanış etmək tövsiyə olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: