“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Şamaxı rayon komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

08/05/2026, 15:37
xeber1

ETİHİ Şamaxı rayon komitəsinin təşkilatçılığı ilə Şamaxı rayonu İnternat Tipli Avropa Liseyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə lisey rəhbərliyi, direktor müavinləri, psixoloqlar, sinif müəllimləri və liseyin şagirdləri iştirak etmişdilər. Əvvəlcə Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra onun zəngin həyat yolu və Azərbaycan dövlətçiliyinin inkişafı naminə göstərdiyi misilsiz xidmətlər barədə geniş məlumat verilmişdir.

Çıxış edənlər qeyd etmişlər ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan mühüm inkişaf mərhələsinə qədəm qoymuş, ölkəmizdə sabitlik və tərəqqinin əsası qoyulmuşdur. Şagirdlər tərəfindən dahi şəxsiyyətə həsr olunmuş şeirlər səsləndirilmiş, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.

Tədbirin sonunda iştirakçılar Ümummilli liderin ideyalarının gənc nəsil tərəfindən daim yaşadılmasının vacibliyini vurğulamış, bu cür maarifləndirici tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: